14:47 11-06-2021
news_image
42
FUTBOL

Türkiyədə əməliyyat olundu - "Zirə"nin futbolçusu

“Zirə”nin futbolçusu Qismət Alıyev cərrahiyə əməliyyatı olunub.

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubu feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilib ki, müdafiəçi İstanbulda qasıq nahiyəsindən əməliyyat keçirib. 25 yaşlı oyunçunun 4 həftə sonra məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Qismət Alıyev ötən mövsüm Azərbaycan Premyer Liqasında 5 oyun “Qəbələ”nin, 22 matç isə “Zirə”nin heyətində keçirib. O, paytaxt klubunun heyətində 2 qola imza atıb.