15:03 11-06-2021
news_image
204
FUTBOL

Yeni komanda olacaq - divizionda

2021/22 mövsümündə “Səbail” klubunun əvəzedici komandası I diviziondakı çıxışını bərpa edəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə Bakı klubunun icraçı direktoru Fərəc Əliyev xəbər verib.

O bildirib ki, ikinci komandanın yenidən yaradılmasında məqsəd gənclərə daha çox üstünlük verməkdir: “Birinci komandanın heyətini öz yetirmələrimizlə gücləndirmək istəyirik. Əsas komandada cəza və ya zədə alan oyunçular zədə sonrası orada bərpa oluna biləcəklər. “Səbail-2”nin məqsədi gənclərin orada praktika yığaraq növbəti mövsümlərdə əsas komandaya cəlb olunmalarına şərait yaratmaqdır”.

Qeyd edək ki, “Səbail” Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə sonuncu yeri tutub.