15:31 11-06-2021
news_image
177
FUTBOL

4-cü ayrılıq - "Neftçi"də

“Neftçi”dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, ölkə çempionu qapıçı Səlahət Ağayevlə yollarını ayırıb.

Bakı klubu rəsmi saytı vasitəsilə milli komandanın qolkiperi ilə başa çatan müqavilənin yenilənmədiyini açıqlayıb. Bununla “ağ-qaralar”da yay fasiləsində 4-cü futbolçu ayrılığı baş verib. Paytaxt təmsilçisi buna qədər Ahmed Ahmedov, Rener Alves və Keysuke Honda ilə vidalaşıb, Rəhman Hacıyevlə Turan Vəlizadəni isə yenidən “Keşlə”yə icarəyə verib.

Qeyd edək ki, Səlahət Ağayev “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 70 oyunda meydana çıxıb.