15:47 11-06-2021
news_image
1766
FUTBOL

İlk transferini açıqladı - "Qarabağ"

“Qarabağ” yay fasiləsində ilk transferini reallaşdırıb.

Apasport.az klubun fesybuk səhifəsinə istinadən məlumatına görə, ağdamlılar Kadi Yuri Borqes Malinovskini heyətinə cəlb edib.

Ağdam təmsilçisi bu transferi yutub kanalındakı videosujetlə ictimaiyyətə çatdırıb. Yeni komandasında 20 nömrəli formanı geyinəcək braziliyalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, ölkəsi Braziliyada “Londrina” və “Koritiba”da çıxış edən Kadi Borqes Portuqaliyada “Eştoril” və “Vilafranquense” klublarının formasını geyinib. 25 yaşlı orta sahə oyunçusunun son komandası “Vilafranquense” olub.