21:46 11-06-2021
news_image
133
FUTBOL

5 illik müqavilə təklifi – Ramosa

İspaniyanın “Real” klubunun futbolçusu Serxio Ramos karyerasını yetirməsi olduğu “Sevilya”da davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçiyə 5 illik müqavilə təklif olunub.

Sevilyanın eyniadlı təmsilçisi arxa xətt oyunçusuna ildə 7 milyon avro maaş verməyə hazırdır. Təklifi qəbul etsə, karyerasını bitirdikdən sonra ona klubda vəzifə veriləcək. Serxionun təklifə münasibəti hələlik bəlli deyil.

Qeyd edək ki, Ramos 2005-ci ildə “Sevilya”dan “Real”a 27 milyon avroya keçib. Müqaviləsi iyunun 30-da başa çatacaq futbolçu və klub yeni anlaşma ilə bağlı razılıq əldə edə bilmədiyindən müdafiəçinin gedəcəyi gözlənilir.