19:17 11-06-2021
news_image
397
FUTBOL

"Qarabağ"ın əfsanəsi olmaq istəyir - yeni transferi

“Azərbaycanın ən böyük klubuna gəldiyim üçün çox xoşbəxtəm. Bura gəlməmişdən əvvəl “Qarabağ” barədə məlumatım var idi".

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Kadi Yuri Borqes Malinovski deyib.

Braziliyalı yarımmüdafiəçi Ağdam klubunun saytına keçidi ilə bağlı danışıb: "Bilirəm ki, yeni komandam mütəmadi Avropa kuboklarında çıxış edir. Mən də komandamın uğurlarında pay sahibi olmaq arzusundayam. “Koritiba” klubunun yetirməsiyəm. Kumirim Aleks de Souzadır. Aleks Türkiyədə olduğu kimi, Azərbaycanda da çox sevilir. Onun adını əbəs yerə çəkmədim. Aleks necə bir klubun əfsanəsinə çevrilibsə, mən də kumirim kimi “Qarabağ”ın əfsanəsi olmaq istəyirəm. Azarkeşlərimiz məni həddindən artıq isti qarşıladı. Sosial şəbəkədə xoş sözlər yazırlar. Hamısına cavab yaza bilməmişəm və fürsətdən istifadə edib, onların hər birinə təşəkkür edirəm. Onların sevimli futbolçusu olacağıma inanıram. Ümid edirəm ki, azarkeşlərimizlə stadionda tezliklə görüşəcəyik”.