21:28 11-06-2021
news_image
59
FUTBOL

Yığmamız uduzdu - Gürcüstanda

Qadınlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. 

Apasport.az saytının məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan yığmamız hazırlıq çərçivəsində ilk sınağına çıxıb.

Komandamız Gürcüstan millisi ilə qarşılaşıb. Yığmamız 2:3 hesabı ilə məğlub olub. Millimizin heyətində 65-ci dəqiqədə penaltidən Aysun Əliyeva və 90+4-cü dəqiqədə Ayşən Əhmədova fərqlənib. 

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyunun 14-də keçiriləcək.