22:19 11-06-2021
news_image
36
FUTBOL

Ən yaxşı seçildi - Salah

İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada mövsümün ən yaxşısı seçilib.

Apasport.az saytının məlumatına görə, misirli hücumçu azarkeşlər arasında sorğunun qalibi olub.

Bunu peşəkar futbolçular assosiasiyası açıqlayıb. 28 yaşlı forvard mövsümün ümumilikdə 51 matçında 31 qol vurub.

Qeyd edək ki, Salah Premyer Liqanın bombardirləri yarışında 22 qolla ikinci olub.