00:11 12-06-2021
news_image
149
AVRO-2020

Avropa çempionatının bir neçə ölkədə keçirilməsinə qarşı çıxdı – UEFA prezidenti

“Avropa çempionatının startına şadıq. Bu, tunelin sonunda işıq, ümid verir”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı qurum başçısı buğun start götürən AVRO-2020 barədə fikirlərini bildirib. O, qitənin 11 şəhərində, o cümlədən Bakıda keçirilən yarışın müxtəlif ölkələrdə təşkilindən narazılığını gizlətməyib: “Futbol insanlara ümid bəxş edir. Bu, bizim üçün vacibdir. Turnirin bir neçə ölkədə keçirilməsinə gəlincə, mən belə formulu dəstəkləmirəm. Düşünmürəm ki, yaxın gələcəkdə yenə belə edəcəyik”.