00:56 12-06-2021
news_image
161
AVRO-2020

Dünya rekorduna 7 addım qaldı – İtaliyadan

AVRO-2020-nin açılış oyununda Türkiyəni 3:0 hesabı ilə məğlub edən İtaliya uğurlu seriyalarını davam etdirib.

Apasport.az saytının məlumatına görə, Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 28-ə çatdırıb.

2018-ci ilin sentyabrında Millətlər Liqasının Portuqaliya ilə görüşündə 0:1 hesabı ilə uduzan İtaliya həmin vaxtdan məğlubiyyət nə olduğunu bilmir. Onları öz tarixlərinin rekordundan 2, İspaniyaya məxsus dünya rekordundan 7 matç ayırır.

İtaliya həm də ardıcıl 9-cu quru hesablı qələbəsini qazanıb.