11:04 12-06-2021
news_image
193
AVRO-2020

Bakıya gəlir – Türkiyə millisi

AVRO-2020-nin qrup mərhələsindəki ilk oyununu İtaliyaya qarşı keçirən Türkiyə millisi Bakıya yollanmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, qardaş ölkə təmsilçisi bu gün paytaxtımıza yollanacaq.

“Ay-ulduzlular”ı gətirəcək təyyarə Bakı vaxtı ilə 14:00-da Romadan səmaya qalxacaq. Komandanın saat 18:45-də paytaxtımızda olması gözlənilir. Şenol Günəşin yetirmələri A qrupundakı son iki görüşünə məhz paytaxtımızda hazırlaşacaq.

Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.