12:51 12-06-2021
news_image
256
FUTBOL

Kvabena Ovusu ayrıldı – “Qarabağ”dan

Mahir Emrelidən sonra “Qarabağ”da gözlənilən ayrılıq dəqiqləşib.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Ağdam klubu Kvabena Ovusu ilə vidalaşıb.

Müqavilə müddəti 2023-cü ilin yayına qədər olan nigeriyalı forvardla anlaşmaya birtərəfli qaydada xitam verilməyib. Afrikalıya təklif gəlib və “Qarabağ“ da bunu müsbət dəyərləndirib.

Kvabenanın karyerasının böyük hissəsi məhz İspaniya ilə bağlıdır. Bu ölkədə “Toledo”, “Leqanes”, “Ovyedo”, “Kartagena”, “Salamanka” və “Kordoba”nın formasını geyinib. O, “Qarabağ”a ötən ilin yanvarında “Leqanes”dən keçib.

Kvabena sonuncu mövsüm Premyer Liqada 7 qola imza atıb.