14:08 12-06-2021
news_image
129
FUTBOL

Erlinq Halanda səsləndi - Jerar Pike

“Barselona”nın müdafiəçisi Jerar Pike Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halanda səslənib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçu gənc forvardı Kataloniya klubuna dəvət edib.

Pike hesab edir ki, Haland “Barselona”da daha böyük oyunçuya çevrilər: “Onun gələcəyi ilə bağlı heç bir fikrim yoxdur. Ümid edirəm ki, “Barselona”ya keçər. Ən yaxşı oyunçular bu klubda oynamalıdır. Ancaq son qərarı klub verir”.

Qeyd edək ki, Erlinq Haland ötən mövsüm 41 oyuda 41 qol vurub.