14:52 12-06-2021
news_image
131
FUTBOL

“Yuventus”da Buffonun yerinə 3 namizəd – ADLAR

Canluici Buffonla yollarını ayıran “Yuventus” yeni qapıçı axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi əsas qapıçı Voyçex Şesnıya layiqli rəqib gətirməyi planlaşdırır.

“Qoca sinyora”nın hədəfində 3 qolkiper var. Bunlar “Torino”dan Salvator Siriqu, “Sampdoriya”dan Emil Audero və hazırda azad agent statusu daşıyan Antonio Mirantedir. “Yuve” adıçəkilən qapıçılardan biri ilə anlaşmağa çalışır.

Qeyd edək ki, “Yuventus” ötən mövsüm İtaliya A seriyasında 78 xalla 4-cü yeri tutub.