15:34 12-06-2021
news_image
136
FUTBOL

Hücuma istədiyi futbolçu - Ançelottinin

“Real”ın yeni baş məşqçisi Karlo Ançelotti komandanın gücləndirilməsini istəyir.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis, xüsusən də, hücum xəttində rəqabətin artırılmasının tərəfdarıdır.

Ançelotti bu mövqe üçün ilk transfer hədəfini də müəyyənləşdirib. O, rəhbərlikdən “Çelsi”nin forvardı Timo Vernerin alınmasını istəyib. London klubunda xoşbəxt olmayan Almaniya millisinin üzvü də bu keçidə qarşı deyil.

Qeyd edək ki, Timo Verner “Çelsi”yə ötən ilin yayında “Leypsiq”dən keçib.