15:17 12-06-2021
news_image
225
FUTBOL

Yeni müqavilə - “Qarabağ”da

“Qarabağ” Toral Bayramovun müqaviləsini rəsmiləşdirib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 3 ildir. 

Toral Bayramov ötən mövsüm “Qarabağ”da keçirdiyi 26 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Ağdam klubu daha öncə Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov və Rahil Məmmədovla da müqaviləni artırıb. “Qarabağ”da Ruslan Hacıyev icarədən qayıtdığı halda, Kadi Borqes transfer olunub.