17:56 12-06-2021
news_image
69
AVRO-2020

Florensi İsveçrə ilə oyunu buraxacaq - SƏBƏB

AVRO-2020-yə böyükhesablı qələbə ilə başlayan İtaliya millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Alessandro Florensi növbəti matçı buraxacaq.

Buna futbolçunun zədələnməsi səbəb olub. Florensi Türkiyə ilə I turun matçında (3:0) xəsarət alıb.

30 yaşlı futbolçu İsveçrə ilə qarşılaşmada meydana çıxa bilməyəcək. Bu oyun iyunun 16-da Romada keçiriləcək.

Qeyd edək ki, “Roma”nın müdafiəçisi ötən mövsümü icarə əsasında PSJ-də keçirib.