20:49 12-06-2021
news_image
586
AVRO-2020

Danimarka – Finlandiya oyununda Eriksen özündən gedib - matç dayandırıldı

AVRO-2020-nin Danimarka – Finlandiya oyunu dayandırılıb.

Apasport.az saytının məlumatına görə, buna Kristian Eriksenın sağlamlığında problemin yaranmasıdır.

İlk hissənin sonlarında top uğrunda mübarizə zamanı futbolçu yerə yıxılıb. Danimarkalının ürəyi dayanıb.

Bu üzdən oyun dayandırılıb. Hazırda futbolçuya tibbi yardım göstərilir. Durumu ağır olan Eriksen üçün bütün tribunlar göz yaşlarına qərq olub, futbolçular dua edir.

Qeyd edək ki, oyun dayanan zaman hesab 0:0 olub.