21:10 12-06-2021
news_image
275
FUTBOL

Təxirə salındı - Danimarka – Finlandiya oyunu

AVRO-2020-də qrup mərhələsinin I turunun  Danimarka – Finlandiya oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna Kristian Eriksenin durumu səbəb olub.

İlk yarının sonlarında huşunu itirən danimarkalı yarımmüdafiəçi yerə yıxılıb. Oyun dərhal dayandırılıb.

Komandanın həkimləri və tibbi yardım özünü futbolçuya yetirib. Ürəyi dayanan Eriksenə ürək masajı edilib.

Sonradan futbolçular onu tribuna altına aparıblar. Danimarkalı oradan xəstəxanaya aparılacaq.

Bu üzdən Kopenhagendəki matç davam etdirilməyib. Görüşün davam etdirilmə vaxtına UEFA qərar verəcək.

AVRO-2020
12 iyun
I tur, B qrupu
20:00. Danimarka – Finlandiya - 0:0 (oyun dayandırılıb)
Baş hakim:
Antoni Teylor (İngiltərə)
Kopenhagen. “Parken” stadionu