21:26 12-06-2021
news_image
683
AVRO-2020

Özünə gəldi - Kristian Eriksen

AVRO-2020-nin Finlandiya ilə oyununda ürəyindəki problem səbəbindən huşunu itirən danimarkalı Kristian Eriksen özünə gəlib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçiyə təcili tibbi yardım zəruri hesab edilən 3 dəqiqə ərzində edildiyindən təhlükəni arxada qoyub.

Kristian meydandan çıxarılarkən artıq öz huşunda olub. Gözlərini açan yarımmüdafiəçi əlini alnına qoyub.

Qeyd edək ki, B qrupunun ilk oyununun birinci hissəsinin sonlarında baş verən hadisə səbəbindən qarşılaşma təxirə salınıb.