21:36 12-06-2021
news_image
211
FUTBOL

Kristian Eriksenin yanına buraxılmadı – həyat yoldaşı

Danimarka millisinin futbolçusu Kristian Eriksenin huşunu itirməsindən sonra həyat yoldaşı meydana daxil olub.

Apasport.az saytının məlumatına görə, Danimarka millisinin futbolçuları xanımı ağır vəziyyətdə olan yarımmüdafiəçinin yanına buraxmayıb.

Müdafiəçi Simon Kyer və qapıçı Kasper Şmeyhel onu sakitləşdirməyə çalışıb. Həmin an qadın göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, AVRO-2020-nin I turunun B qrupundakı Danimarka – Finlandiya görüşü ilk yarının sonlarında dayandırılıb.