22:09 12-06-2021
news_image
255
AVRO-2020

Danimarka – Finlandiya matçı ilə bağlı qərar - UEFA-dan

AVRO-2020-nin I turunun Danimarka – Finlandiya matçı ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, bunu Danimarka Futbol Federasiyası açıqlayıb.

Bildirilib ki, UEFA yarımçıq dayandırılan görüşün davam etdirilmə vaxtını müəyyənləşdirib.

Görüş bu gün 22:30-da davam etdiriləcək. Oyunun baş tutmayan hissəsi zamanı 15 dəqiqəlik ənənəvi fasilə olmayacaq. İlk yarının son dəqiqələri oynanıldıqdan sonra komandalar soyunub geyinmə otağına yollanmadan qapıları dəyişib qısa fasilə ilə ikinci yarını oynayacaq.

Qeyd edək ki, qarşılaşma birinci hissənin sonlarında Kristian Eriksenin ürəyindəki problem səbəbindən huşunu itirməsi səbəbindən dayandırılıb.