00:00 13-06-2021
news_image
153
AVRO-2020

De Liqt ilk turu buraxacaq – SƏBƏB

Niderland millisi AVRO-2020-dəki ilk matçına itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, bunu “narıncılar”ın baş məşqçisi Frank de Bur açıqlayıb.

O bildirib ki, Mateys de Liqt qrup mərhələsinin ilk turunu buraxacaq. Zədəsini bərpa etməkdə olan futbolçu Ukrayna ilə görüşə tam hazır olmayacaq.

Qeyd edək ki, Niderland – Ukrayna oyunu sabah keçiriləcək. Amsterdamdakı matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.