22:54 12-06-2021
news_image
116
AVRO-2020

“Futbol gözəldir və Kristian da onu gözəl oynayır” – Çeferindən Eriksenə dəstək

“Belə anlarda başqa heç nə haqda düşünmürsən. Mən Kristiana tez və tam bərpa olunmasını arzulayıram”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı funksioner AVRO-2020-nin Danimarka – Finlandiya oyununda huşunu itirərək yerə yıxılan Kristian Eriksenə və ailəsinə dəstək olub: “Allahdan onun ailəsinə inam və güc diləyirəm. Belə anlarda futbol ailəsinin birləşməsi xüsusi güclü olur. Hamı Kristiana və ailəsinə öz arzularını çatdırır. Futbol gözəldir və Kristian də onu gözəl oynayır”.