00:16 13-06-2021
news_image
463
AVRO-2020

“Səni tezliklə meydanda görəcəyimə ümid edirəm, Kris!” – Ronaldo

“Bizim fikirlərimiz və dualarımız Ksirstian Eriksen və onun ailəsilədir”.

Apasport.az saytının məlumatına görə, bu fikirlər Kriştiano Ronaldoya məxsusdur.

O, bütün futbol dünyası kimi AVRO-2020-nin Danimarka – Finlandiya matçında huşunu itirən Kristian Eriksenə dəstək olub. Portuqaliya millisinin və “Yuventus”un hücumçusu danimarkalını yenidən meydanda görəcəyinə ümid etdiyini gizlətməyib: “Futbol dünyası yaxşı xəbərlər ümidi ilə birləşir. Mən səni tezliklə meydanda görəcəyimə ümid edirəm, Kris! Güclü qal!”.