17:27 13-06-2021
news_image
286
DİGƏR NÖVLƏR

Suda batdı - triatlonçu

Rusiyada keçirilən triatlon üzrə yarış faciə ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, hadisə Moskvaətrafındakı Bronnitsa şəhərində təşkil olunan yarış zamanı baş verib.

TTTAN-2021 turnirinin gedişində idmançı batıb. Yarışın üzgüçülük növü zamanı iştirakçılardan biri özünü pis hiss edib. Xilasedicilər onu dərhal sudan çıxarsalar da, idmançıya göstərilən tibbi yardım yetərli olmayıb. Triatlonçu təcili tibbi yardım maşınında vəfat edib.

Batan şəxsin adı açıqlanmır. 42 yaşlı idmançının yarışa sağlamlıqla bağlı buraxılışı olub. O, olimpiya məsafəsində (1,5 km üzgüçülük, 40 km velosiped, 10 km qaçış) qüvvəsini sınayıb.