19:03 13-06-2021
news_image
164
AVRO-2020

29 ildən sonra – “Liverpul” və “Mançester Yunayted”siz

AVRO-2020 çərçivəsində keçirilən İngiltərə - Xorvatiya qarşılaşması nadir hadisə ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, futbolun yaradıcılarının start heyətində “Liverpul” və “Mançester Yunayted”in oyunçularına yer tapılmayıb.

Dünya və Avropa çempionatlarının final mərhələlərində belə hadisəyə 29 ildən sonra təsadüf olunub. İki nəhəng klubun İngiltərə yığmasının “11-liy”ində təmsil olunmaması sonuncu dəfə 1992-ci ildə qeydə alınıb.

Qeyd edək ki, görüş ingilislərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.