20:08 13-06-2021
news_image
113
AVRO-2020

Tarixə düşdü – Cud

İngiltərə millisinin futbolçusu Cud Bellinhem Avropa çempionatlarının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi final mərhələsində meydana çıxan ən gənc oyunçu olub.

O, Xorvatiya ilə qarşılaşmada (1:0) iştirak edib. 17 yaş 349 günlüyündə meydana çıxan Cud bununla da turnirin rekordunu vurub.

Onadək ən gənc oyunçu Niderland millisinin üzvü Yetro Villems idi. Müdafiəçi 18 yaş 71 günlüyündə final mərhələsində oynayıb. 

Bellinhem həm də İngiltərə yığmasının tarixinə dünya və Avropa çempionatlarının final mərhələsində şans qazanan ən gənc futbolçu olub.