20:29 13-06-2021
news_image
107
FUTBOL

Daha bir namizəd - “Fənərbaxça”ya

İtaliyanın “Yuventus” klubunun sabiq baş məşqçisi Andrea Pirlo bir neçə komandanın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, son 72 saatda iki klubun nümayəndələri onunla əlaqə saxlayıb.

42 yaşlı mütəxəssislə “Sampdoriya” və Türkiyə “Fənərbaxça”sı ilkin danışıqlara başlayıb. “Yuventus”dan istefaya göndərilən Pirlonun turinlilərlə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. 

Qeyd edək ki, hər iki klubun namizədləri siyahısında başqa məşqçilər də var. Roberto Daversa, Marko Campaolo və Cüzeppe Yakini Genuya təmsilçisinin hədəfindədir. İstanbulluların son namizədi isə Lüsyen Favr olub.