21:03 13-06-2021
news_image
145
AVRO-2020

Startda ilk - futbolun yaradıcılarından

İngiltərə millisi ilkə imza atıb.

Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları tarixində ilk dəfə Avropa çempionatına qələbə ilə başlayıb.

Qaret Sautqeytin baş məşqçisi olduğu komanda AVRO-2020-dəki ilk matçında Xorvatiyanı 1:0 hesabı ilə məğlub edib. Bunadək 9 dəfə qitə çempionatının final mərhələsinə qatılan ingiltərəlilər indiyədək birinci matçında qalib gəlməyib.

Qeyd edək ki, britaniyalıların əvvəlki start oyunlarından beşi heç-heçə və dördü məğlubiyyətlə bitib.