20:53 13-06-2021
news_image
75
AVRO-2020

Qol vurdu, futbolka göstərdi – Eriksenə görə

Avstriya millisinin futbolçusu Ştefan Layner AVRO-2020-də vurduğu qolu Kristian Eriksenə həsr edib.

Apasport.az saytının məlumatına görə, Şimali Makedoniya ilə görüşdə hesabı açan müdafiəçi ağ rəngli futbolkanı nümayiş etdirib.

Onun üzərində “Eriksen, güclü ol!”. Bununla da 28 yaşlı avstriyalı bir gün öncə keçirilən Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən Kristian Eriksenə dəstək olub.

Qeyd edək ki, hazırda Avstriya – Şimali Makedoniya görüşündə hesab 1:1-dir.