21:14 13-06-2021
news_image
261
AVRO-2020

Avstriyaya qol vurdu – avstriyalıdan geri qaldı

Şimali Makedoniya millisinin futbolçusu Qoran Pandev Avropa çempionatları tarixinə final mərhələsində qol vuran ikinci ən yaşlı oyunçu kimi düşüb.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin I turunun Avstriya ilə hazırda davam edən qarşılaşmasında (1:1) hesabı bərabərləşdirən hücumçu 37 yaş 321 günlüyündə fərqlənib.

Avstriyalılara qol vuran veteran forvard yalnız bu ölkə təmsilçisindən geri qalır. İvitsa Vastiç AVRO-2008-də 38 yaş 257 günlüyündə qol sevinci yaşayıb.

Pandev həm də Şimali Makedoniyanın tarixinə düşüb. Qoran yığmasının dünya və Avropa çempionatlarının final mərhələlərindəki ilk qolunu vurub. Bu, komandanın böyük turnirlərdəki debütünə təsadüf edib.