00:00 14-06-2021
news_image
129
AVRO-2020

Van der Sarı arxada qoydu - Stekelenburq

Marten Stekelenburq Niderland millisinin tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, qapıçı yığmanın heyətində dünya və Avropa çempionatlarının final mərhələsində meydana çıxan ən yaşlı futbolçusu olub.

Qolkiper hazırda davam edən Ukrayna ilə görüşə (0:0) start heyətində çıxıb. O, 38 yaş 264 günlüyündə niderlandlıların formasını geyinib.

Stekelenburq millinin sabiq qapıçısı Edvin Van der Sarın rekordunu qırıb. AVRO-2008-də rekord vuran qolkiper 37 yaş 236 günlüyündə şans qazanıb.