00:31 14-06-2021
news_image
176
FUTBOL

Fransaya qayıda bilər - David Luis

İngiltərənin “Arsenal” klubundan ayrılan David Luis karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi “Marsel”ə keçə bilər.

Liqa1 təmsilçisi azad agent statusuna malik futbolçunu heyətinə qatmaq istəyir. Əvvəllər PSJ-nin heyətində Fransada çıxış edən 34 yaşlı arxa xətt oyunçusu da özünə tanış olan liqada oynamağın əleyhinə deyil. Lakin onun əsas istəyi Braziliyaya qayıtmaq və ailəsinə yaxın olmaqdır.

Qeyd edək ki, Luis MLS klublarının da maraq dairəsindədir.