09:09 14-06-2021
news_image
90
FUTBOL

Onu izləmək üçün gəlirlər – Bakıya

AVRO-2020-nin qrup mərhələsinin II turunda Uelslə qarşılaşacaq Türkiyə millisi Bakıdakı hazırlıqlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” dünənki məşqi tam heyətlə keçə bilməyib.

Çünki müdafiəçilər Çağlar Söyüncü və Umut Meraş fizioterapevt nəzarətində trenajor zalında yüngül məşq edib.

Türkiyə yığmasının qapıçısı Uğurcan Çakır isə Bakı Olimpiya Stadionundakı görüşdə dəstəksiz qalmayacaq. Çünki ailəsi ona dəstək olmaq üçün Bakıya təşrif buyurub. “Trabzonspor”un qolkiperinin valideynləri və qardaşı qarşıdakı matçı tribunadan izləyəcək.

Qeyd edək ki, Türkiyə - Uels görüşü iyunun 16-da keçiriləcək.