09:57 14-06-2021
news_image
84
FUTBOL

“Milli heç vaxt məndən asılı olmayıb” - Messi

Argentina millisinin kapitanı Lionel Messi Amerika Kuboku turniri öncəsi fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı superulduz ildən-ilə daha da gücləndiklərini düşünür.

Leonun fikrincə, Argentina yığması onsuz da güclüdür: “Milli heç vaxt məndən asılı olmayıb. Güclü komanda qurmağa çalışırıq. Bu olmadan qarşıya qoyulmuş hədəflərə çatmaq çətindir. Düşünürəm ki, indi kollektiv şəklində güclüyük. Çoxumuz uzun müddətdir birlikdə oynayırıq. Düzgün istiqamətdə irəliləyirik. Mənim üçün matçın dərəcəsi nə olursa-olsun, millidəki hər an vacibdir”.

Qeyd edək ki, Argentina millisi Amerika Kubokunda ilk oyununu iyunun 15-də Çiliyə qarşı keçirəcək.