10:23 14-06-2021
news_image
104
FUTBOL

Yeni baş məşqçisi bilindi – “Tottenhem”in

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, London klubunu Paulo Fonsekanın çalışdıracağına şübhə qalmayıb.

İngilislərin hətta üç gün ərzində portuqaliyalı mütəxəssisi ictimaiyyətə təqdim edəcəyi bildirilib. Fonseka yeni komandası ilə 3 illik müqavilə imzalayacaq və hər ilinə görə 4 milyon avro maaş alacaq.

Qeyd edək ki, Paulo Fonseka 2020/21 mövsümünün sonunda “Roma”dan ayrılıb.