11:21 14-06-2021
news_image
71
FUTBOL

Amerika Kubokunun ən dəyərliləri – “10-luq”

Bu gün start götürən Amerika Kuboku turnirinin ən dəyərli futbolçularının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən oyunçular arasında transfer qiyməti ən yüksək olan 10 nəfər seçilib.

Amerika Kubokunun ən dəyərli futbolçusu Braziliya millisinin lideri Neymardır. PSJ-nin forvardı 100 milyon avroya bərabər göstərilir. Argentinalı qolçular Lautaro Martines və Lionel Messi 80 milyonluq qiymətlə 2-3-cü yerləri bölüşürlər.

Ümumiyyətlə, ən dəyərli 10 futbolçudan 6-sı braziliyalıdır. Argentina və Uruqvay isə siyahıda 2 oyunçu ilə təmsil olunur.

1. Neymar
Ölkəsi: Braziliya
Yaşı: 29
Mövqeyi: Hücumçu
Qiyməti: 100 milyon avro

2-3. Lautaro Martines
Ölkəsi: Argentina
Yaşı: 23
Mövqeyi: Hücumçu
Qiyməti: 80 milyon

Lionel Messi
Ölkəsi: Argentina
Yaşı: 33
Mövqeyi: Hücumçu
Qiyməti: 80 milyon

4. Markinyoş
Ölkəsi: Braziliya
Yaşı: 27
Mövqeyi: Mərkəz müdafiəçisi
Qiyməti: 75 milyon

5. Kasemiro
Ölkəsi: Braziliya
Yaşı: 29
Mövqeyi: Dayaq yarımmüdafiəçisi
Qiyməti: 70 milyon

6. Federiko Valverde
Ölkəsi: Uruqvay
Yaşı: 22
Mövqeyi: Orta sahə
Qiyməti: 65 milyon

7-10. Fabinyo
Ölkəsi: Braziliya
Yaşı: 27
Mövqeyi: Dayaq yarımmüdafiəçisi
Qiyməti: 60 milyon

Alisson Bekker
Ölkəsi: Braziliya
Yaşı: 28
Mövqeyi: Qapıçı
Qiyməti: 60 milyon

Xose Mariya Ximenes
Ölkəsi: Uruqvay
Yaşı: 26
Mövqeyi: Mərkəz müdafiəçisi
Qiyməti: 60 milyon 

Qabriel Jezuş
Ölkəsi: Braziliya
Yaşı: 24
Mövqeyi: Hücumçu
Qiyməti: 60 milyon