11:30 14-06-2021
news_image
94
FUTBOL

Birdəfəlik transfer qərarı - “Milan”dan

“Milan” yarımmüdafiəçi Sandro Tonali barədə qərarını verib.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər” gənc futbolçunu transfer edib.

İtaliya mətbuatı ötən mövsümü icarə əsasında bu komandada keçirən Tonalinin birdəfəlik transferinin bu gün rəsmən açıqlanacağını yazıb. Bu keçid müqabilində “Milan” Tonalinin müqavilə ilə məxsus olduğu “Breşiya” klubuna 15 milyon avro ödəyəcək. Həmçinin milanlıların bir gənc oyunçusu qarşı tərəfə keçəcək.

Qeyd edək ki, 21 yaşlı Tonali ötən mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib.