13:03 14-06-2021
news_image
140
FUTBOL

“Eyni axmaq sualları vermək niyyətindəsən” - Zidan jurnalisti kamerasız söhbətə çağırdı

İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Zinəddin Zidanla jurnalist Serjio Kirante arasında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, hadisə Sequndanın pley-offunun “Rayo Vallekano” və “Jirona” arasında final matçından (1:2) sonra yaşanıb.

“Rayo Vallekano”da çıxış edən oğlu Lukanı izləməyə gələn fransalı mütəxəssis “Real”dan gedişi və açıq məktubu barədə suallar verən jurnalistə qəzəblənib: “Sən eyni axmaq sualları vermək niyyətindəsən? Sənin işin rüsvayçılıqdır. Mən səni, sən də məni tanıyırsan. Sizinlə həmişə eyni hadisə baş verir. Gəl, gedək kameralarsız söhbət edək”.