13:32 14-06-2021
news_image
165
AVRO-2020

Yüklənənlər – AVRO-2020-də

AVRO-2020-nin ən çox yüklənən futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ötən il mayın 16-dan indiyədək olan müddətdə yığma və klub səviyyəsində ən çox oyun keçirənlər müəyyənləşib.

Mütləq rekord Bruno Fernandeşə məxsusdur. Portuqaliya millisinin və İngiltərə “Mançester Yunayted”inin üzvü koronavirus pandemiyası ilə bağlı fasilədən sonra 81 rəsmi matça çıxıb. O, 6472 dəqiqə meydanda olub.

Oyun sayında Meyson Maunt (İngiltərə, “Çelsi”) ikincidir – 76 matç. Antuan Qrizman (Fransa, “Atletiko”), Rodri (İspaniya, “Mançester Siti”) və Lük de Yonq (Niderland, “Sevilya”) hərəyə 75 dəfə şans qazanıb.

Dəqiqə baxımından Hari Maquayr (İngiltərə, “Mançester Yunayted) ikincidir. O, Brunodan 23 dəqiqə geri qalır. Canluici Donnarummanın (İtaliya, “Milan”) aktivində 6420 dəqiqə var. Onlar müvafiq olaraq 72 və 71 matça çıxıb.