14:19 14-06-2021
news_image
119
FUTBOL

"Səbail"dən getdi - Amil Yunanov

Bakının "Səbail" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, ötən mövsüm Premyer Liqada sonuncu yeri tutan paytaxt təmsilçisi Amil Yunanovla vidalaşıb.

Müqavilə müddəti başa çatan hücumçu ilə anlaşmanın uzadılmaması qərara alınıb. O, son mövsümdə 20 oyuna 8 qol vurub.

Qeyd edək ki, “Səbail” bunadək Ali Sesay, Ruslan Hacıyev, Urfan Abbasov, Florian Kadriu, Milovan Petrovik və Luka İmnadze ilə vidalaşıb.