14:30 14-06-2021
news_image
112
FUTBOL

Başlama tarixi açıqlandı – Azərbaycan Yüksək Liqasının

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, iclasda yeni mövsümün start tarixi müzakirə olunub.

Həmçinin əsasnamənin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi istiqamətində görüləcək işlər barədə də fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, Yüksək Liqada 2021/22 mövsümünə sentyabrın 9-da start verilsin.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcəklər.