15:54 14-06-2021
news_image
191
AVRO-2020

Türkiyə yığmasının Bakı qorxusu – AVRO-2020

 
AVRO-2020-nin qrup mərhələsində keçiriləcək Türkiyə - Uels oyununu portuqaliyalı hakim Artur Dias idarə edəcək.

Apasport.az saytının məlumatına görə, A qrupunun II turu çərçivəsində baş tutacaq qarşılaşma öncəsi bu təyinat Türkiyə millisini narahat edir.

Çünki “ay-ulduzlular”ın yolu indiyə qədər Artur Diasla 2 dəfə kəsişib və hər iki halda rəqib meydanı qalib tərk edib. Qardaş ölkə təmsilçisi 2018-ci ildə Rusiyaya (1:2), ötən il isə Macarıstana (0:1) məğlub olub. Bundan başqa, Türkiyənin U-21 yığması Diasın fit çaldığı 2014-cü ildəki oyunda Yunanıstana (1:2) yenilib.

Dias Türkiyə klublarından da “Əskişəhərspor”un 2012-ci ildə “Marsel”ə (0:3), “Fənərbaxça”nın isə 2016-cı ildə “Monako”ya (1:3) məğlubiyyətinə şahidlik edib.

Portuqaliyalının idarə edəcəyi görüşdə Türkiyə təmsilçiləri 6-cı dəfə meydana çıxacaq. Şenol Günəşin yetirmələri Bakı Olimpiya Stadionunda azarkeşlərin də böyük dəstəyi sayəsində Uelsə qalib gələrək, onlar üçün qorxulu sayılan referi ilə bağlı uğursuz tilsimi qırmağa ümid edir.

Qeyd edək ki, iyunun 16-da keçiriləcək Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq.