16:32 14-06-2021
news_image
159
FUTBOL

Səlahət Ağayevin seçiminin səbəbi - rəhbərlik və baş məşqçi

“Sabah”a gəldiyimə görə çox şadam. Bu, mənim üçün yeni çağırışdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın yeni transferi Səlahət Ağayev deyib.

“Neftçi”dən ayrılaraq bu gün yeni komandası ilə müqavilə bağlayan qolkiper klubun rəsmi saytına açıqlamasında seçiminin səbəbini deyib: “Yeni yaranmasına baxmayaraq, “Sabah” ölkəmizin ən peşəkar və iddialı klublarından birinə çevrilməyi bacarıb. Klubun rəhbərliyi və baş məşqçisi tanıdığım, hörmət etdiyim insanlardır. Seçimimdə bu faktorun rolu daha böyük oldu”.

30 yaşlı qapıçı “Sabah”ın iddialı baş məşqçiyə sahib olduğunu vurğulayıb: “Hansı komandada oynamağımdan asılı olmayaraq, həmişə ən yaxşı nəticələri qazanmağa çalışmışam. Gənc və iddialı baş məşqçimiz, keyfiyyətli futbolçularımız var. İnanıram ki, birlikdə əlimizdən gələnin ən yaxşısını edib, sonda arzuladığımız uğurları qazanacağıq”.

Qeyd edək ki, Səlahət Ağayev “Sabah”la 1 illik müqavilə bağlayıb.