11:56 20-06-2021
news_image
125
FUTBOL

Ucuz qiymətə alıb ulduz etdiyi futbolçular – “Borussiya”nın

Dortmund “Borussiya”sı son illər “Bavariya”ya Bundesliqada ən çox çətinlik yaradan komandadır.

Apasport.az saytının məlumatına görə, XXI əsrin ilk illərində maddi cəhətdən problemlərlə üzləşən dortmundlular öz akademiyasına üstünlük verməyə başlayıb.

Rəhbərliyin ən böyük uğuru isə həmin vaxtdan ucuz qiymətə aldığı gənc oyunçuları bir neçə il sonra astronomik məbləğə satmaq olub. Bu yazıda məhz “Borussiya”nın ucuz qiymətə aldığı və ulduza çevirdiyi oyunçuların bəzilərini sıralayacağıq.

Onlardan yalnız Robert Levandovski komandaya qazanc vermədən “Bavariya”nın yolunu tutub. Siyahıdakı son iki oyunçu isə hazırda Dortmund təmsilçisinin şərəfini qoruyur və yəqin ki, yaxın müddətdə transferlərindən külli miqdarda qazanc əldə ediləcək.

1. Robert Levandovski
Aldığı qiymət: 4 milyon 750 min avro
Satdığı qiymət: Havayı (2014-cü il - “Bavariya”ya)

2. Pyerr-Emerik Obameyanq
Aldığı qiymət: 13,5 milyon
Satdığı qiymət: 64 milyon (2018-ci il - “Arsenal”a)

3. İlkay Gündoğan
Aldığı qiymət: 5,5 milyon
Satdığı qiymət: 27,5 milyon (2016-cı il - “Mançester Siti”yə)

4. Şinji Kaqava
Aldığı qiymət: Havayı
Satdığı qiymət: 16 milyon (2012-ci il - “Mançester Yunayted”ə)

5. Mats Hummels
Aldığı qiymət: 4,2 milyon
Satdığı qiymət: 35 milyon (2016-cı il - “Bavariya”ya)

6. Usman Dembele
Aldığı qiymət: 15 milyon
Satdığı qiymət: 135 milyon (2017-ci il - “Barselona”ya)

7. Ceydon Sanço
Aldığı qiymət: 7 milyon 840 min 
İndiki transfer qiyməti: 120 milyon

8. Erlinq Haland
Aldığı qiymət: 20 milyon 
İndiki transfer qiyməti: 150 milyon