17:20 14-06-2021
news_image
180
AVRO-2020

Avstriyalı hücumçu Makedoniya və Albaniyadan üzr istədi –SƏBƏB

Avstriya yığmasının hücumçusu Marko Arnautoviç AVRO-2020-nin Şimali Makedoniya ilə ilk oyunundakı davranışına görə üzr istəyib.

Apasport.az saytının məlumatına görə, o, C qrupu çərçivəsində keçirilən qarşılaşmada qol vurduqdan sonra işlətdiyi ifadədən peşmandır.

59-cu dəqiqədə meydana daxil olan avstriyalı forvard 89-cu dəqiqədə matçda son nöqtəni qoyub və komandası 3:1 hesablı qələbə qazanıb. Qol sevincini yaşayarkən “sənin alban ...” təhqirinə yol verən 32 yaşlı oyunçu irqçi sözlər işlətmək istəmədiyini deyib: “Mən irqçi deyiləm. Dünən axşam hisslərimə hakim ola bilmədim. Ağzımdan çıxan sözlərə görə Makedoniya və Albaniyadan üzr istəyirəm”.

Qeyd edək ki, Avstriya millisi qrupda növbəti oyununu iyunun 17-də Niderlanda qarşı keçirəcək.