17:45 14-06-2021
news_image
253
FUTBOL

Daha bir transfer – “Sumqayıt”dan

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir oyunçunu heyətinə qatıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Yusif Nəbiyevin ardından ikinci transferini reallaşdırıb.

Qəsəbə təmsilçisi ötən mövsümü “Keşlə”də keçirən Xəzər Mahmudovla anlaşıb. 20 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2 illik müqavilə imzalayıb. O, “Sumqayıt”da 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Sumqayıt” hələlik Mehdi Cənnətov, Cabir Əmirli, Mehdi Şərifi və Cavid İmamverdiyevlə yollarını ayırıb.