18:50 14-06-2021
news_image
182
AVRO-2020

Çexiya qələbə ilə başladı - AVRO-2020

AVRO-2020-də dördüncü oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, D qrupunda birinci tura yekun vurulub.

Şotlandiya doğma Qlazqoda Çexiyanı qəbul edib. “Hampden Park”da baş tutan oyunun ilk hissəsi şotlandların cüzi üstünlüyü şəraitində keçib. Lakin qapıçılara o qədər də çox iş düşməyib. Yalnız fasilə ərəfəsində çexlərin çərçivəyə ünvanladıqları ikinci zərbə qolla nəticələnib. Sağ cinahdan ötürməni başla dəqiq tamamlayan hücumçu Patrik Şik hesabı açıb.

Fasilədən sonra yenə çexiyalılar fərqlənib. Şik hissənin əvvəlində dublunu rəsmiləşdirib. O, mərkəz xətti yaxınlığından endirdiyi paraşüt zərbəsi ilə komandasının üstünlüyünü artırıb. Topa daha çox nəzarət edən böyük britaniyalıların oyunda dönüş yaratmaq istəyi nəticəsiz qalıb. Çexiyalılar turnirə inamlı qələbə ilə başlayaraq qrupda liderliyi ələ alıb.

Qeyd edək ki, qrupun dünən baş tutan ilk görüşündə İngiltərə Xorvatiya üzərində 1:0 hesablı qələbə qazanıb.

AVRO-2020
I tur, 14 iyun
D qrupu
17:00. Şotlandiya – Çexiya – 0:2
Qollar:
Patrik Şik, 42, 52
Baş hakim: Daniel Zibert (Almaniya)
Qlazqo. “Hampden Park” stadionu

1

Çexiya

1

1

0

0

2-0

3

2

İngiltərə

1

1

0

0

1-0

3

3

Xorvatiya

1

0

0

1

0-1

0

4

Şotlandiya

1

0

0

1

0-2

0