21:25 14-06-2021
news_image
111
AVRO-2020

İlk qırmızı vərəqə - AVRO-2020

AVRO-2020-də ilk qırmızı vərəqə göstərilib.

Apasport.az saytının məlumatına görə, bu, qrup mərhələsinin I turunun Polşa – Slovakiya matçına təsadüf edib.

Qarşılaşmanın 62-ci dəqiqəsində rəqibə qarşı kobud oynayan polşalı yarımmüdafiəçi Qrzeqorz Krixovyak ikinci sarı vərəqə ilə meydandan qovub. Bu isə Polşanın meydanda azlıqda qalmasına səbəb olub.

Qeyd edək ki, E qrupu çərçivəsində keçirilən Polşa – Slovakiya oyununda hazırda hesab 1:1-dir.